"Təbiət bizik" sosial-ekoloji düşərgəsi bu dəfə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən məktəblərin, həmçinin Oğuz şəhərində fəaliyyət göstərən məktəblərin peşə təmayüllü siniflərinin şagirdləri ilə təşkil olunub. İsmayıllı rayonu, Şahdağ Milli Parkında təşkil olunan düşərgədə şagirdlər üçün müxtəlif mövzularda təlimlər, interaktiv və əyləncəli müsabiqələr təşkil olunub. Müsabiqələrdə qalib gəlmiş şagirdlərimiz hədiyyə və sertifikatla təltif ediliblər.
@Bütün hüquqlar qorunur - 2023.