Peşə təmayüllü sinifdən Çinə uzanan uğur yolu!
Uğurlu məzunumuz Əli Rəhimlini sizə təqdim edirik!
Bakı şəhəri Xətai rayonu Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbin peşə təmayüllü sinif məzunu və məktəbin əlaçısı Əli Rəhimli dünyanın nüfuzlu universitetlərindən qəbul almaq imkanı qazanıb. “İKT-Help Desk” ixtisası üzrə təmayülləşən məzunumuz seçimlərini dəyərləndirərək təhsilini Çinin aparıcı ali təhsil müəssisələrindən biri olan Harbin Texnologiya İnstitutunda davam etdirmək qərarı verib.
Əlinin uğuru əzm, məqsədyönlülük və davamlı inkişafın gözəl nümunəsidir.
Məzunumuzu ürəkdən təbrik edir, ona tələbəlik həyatında və gələcək karyerasında yeni uğurlar arzulayırıq!
@Bütün hüquqlar qorunur - 2023.