info@peshesinifleri.edu.az

57576587576

“Ümid yeri” uşaq sığınacağında sosial layihə həyata keçirilib.

“Ümid yeri” uşaq sığınacağında sosial layihə həyata keçirilib.

Bakı şəhəri 234, 120, 293 və 117 nömrəli tam orta məktəblərin peşə təmayüllü siniflərinin “Aşpaz köməkçisi”, “Mebel quraşdırma ustası”, “ Aqronom”, “Dərzi köməkçisi” və "Bərbər" peşə ixtisası üzrə təhsil alan şagirdləri "Ümid yeri" uşaq sığınacağını ziyarət edərək əl işlərini təqdim ediblər. Qayığıya ehtiyacı olan insanlara dəstək olmaq, peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin praktiki bacarıqlarını nümayiş etmələrinə şərait yaratmaq, onlarda könüllülük prinsipinin aşılanması məqsədilə keçirilən sosial layihədə şagirdlər sığınacaqdakı uşaqların saçlarını düzəltmiş, həyətyanı sahədə yaşıllıq ərazisi abadlaşdırmış, sıradan çıxmış mebel və çarpayıları təmir etmiş, çarpayı dəsti tikərək, uşaqların sevincinə səbəb olmuşlar.

Sonda sığınacaqda məskunlaşan uşaqlar üçün əyləncəli viktorinalar, hədiyyəli oyunlardan ibarət bədii hissə təqdim olunub.

@Bütün hüquqlar qorunur - 2023.