info@peshesinifleri.edu.az

57576587576

"Yaşıl Həyat" adlı ekoloji layihə həyata keçirilib

COP 29 və "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Lənkəran rayonu üzrə Təhsil Sektorunun əhatə dairəsində olan Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta məktəb və Haftoni qəsəbə tam orta məktəbinin Peşə təmayüllü siniflərinin şagirdləri  "Yaşıl Həyat" adlı ekoloji layihə həyata keçiriblər.

Hirkan Milli parkında baş tutan layihədə şagirdlərimizə ilk olaraq Hirkan Milli parkının baş elmi işçisi Həbib Rəhimov tərəfindən park haqqında məlumat verilib və məlumatlandırıcı bukletlər paylanılıb. Daha sonra Peşə Təmayüllü Siniflərdə müxtəlif peşə ixtisasları üzrə təhsil alan şagirdlər özlərinin hazırladıqları əl işlərini park ərazisinə bələdçilərin köməkliyi ilə yerləşdiriblər. 

@Bütün hüquqlar qorunur - 2023.