Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə peşə təmayüllü sinif şagirdləri tərəfindən Şirvan Milli Parkında “Təbiət bizik” sosial layihəsi baş tutub.
Layihənin həyata keçirilməsində məqsəd şagirdlər arasında ictimai məsuliyyət yaratmaq, onları peşə siniflərində öyrəndikləri bacarıqları sosial istiqamətdə tətbiqinə təşviq etmək və dövlətimizin ekoloji siyasətinə dəstək verməkdir.
Layihə çərçivəsində şagirdlər əvvəlcədən emalatxanalarda hazırladıqları əl işləri ilə milli parkın ərazisində sıradan çıxmış məlumat lövhələrini yeniləyiblər. Dülgər və kombi-kondisioner köməkçisi peşə ixtisası üzrə təhsil alan şagirdlər təmir-tikinti fəaliyyəti ilə məşğul olduğu zaman aşpaz və qənnadçı köməkçisi peşə ixtisası üzrə təhsil alan şagirdlər isə nahar hazırlayıblar.
Sosial layihənin keçirilməsi zamanı ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş fləşmob da baş tutub.
@Bütün hüquqlar qorunur - 2023.