“Uğurlu məzun” layihəsi çərçivəsində növbəti məzunumuzu təqdim edirik. Peşə təmayüllü siniflərdə qazandığı bilik və bacarıqları peşə fəaliyyətində uğurla tətbiq edən məzunumuzla tanış olun.
Bakı şəhəri 123 nömrəli tam orta məktəbin peşə təmayüllü siniflərinin məzunu Rəsul Quliyev bu gün sevdiyi peşə ilə məşğuldur.
Peşə təmayüllü siniflərdə qənnadçı ixtisası üzrə keçirilən dərslər Rəsulun kulinariya sahəsinə olan marağını daha da artırıb və gələcəkdə aşpazlıq istiqamətində inkişaf etməsinə təkan verib. Bu gün Rəsul “Pizza Bruno” restoranında pizza ustası kimi çalışır və peşəkar fəaliyyətini uğurla davam etdirir.
Məzunumuza gələcək fəaliyyətində yeni uğurlar və daha böyük nailiyyətlər arzu edirik!
@Bütün hüquqlar qorunur - 2023.