peshesinifleri@arti.edu.az

Samur-Yalama Milli Parkına təcrübə səfəri

Peşə təmayüllü sinif şagirdləri Samur-Yalama Milli Parkının biomüxtəlifliyi ilə tanış olublar!

5 noyabr tarixində Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbin “Aqronom köməkçisi” ixtisası üzrə təhsil alan şagirdləri Samur-Yalama Milli Parkına maarifləndirici səfər ediblər.

Səfər zamanı şagirdlər Milli Parkın təbii mühiti, bitki örtüyü və biomüxtəlifliyi ilə tanış olub, bələdçidən ətraf mühitin mühafizəsi və təbii ehtiyatların qorunması haqqında məlumat alıblar.

Sosial-maarifləndirici xarakter daşıyan səfər şagirdlərin ekoloji biliklərinin genişləndirilməsinə, təbiətə məsuliyyətli münasibətin formalaşdırılmasına və seçdikləri ixtisasa maraqlarının artırılmasına xidmət edib.

@Bütün hüquqlar qorunur - 2023.