info@peshesinifleri.edu.az

57576587576

Bərdə rayonunun Türkmən kəndində növbəti "Təbiət bizik" sosial-ekoloji düşərgəsi təşkil edilib

Qarabağ Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Peşə təmayüllü siniflərin şagirdləri Bərdə rayonunun Türkmən kəndində növbəti "Təbiət bizik" sosial-ekoloji düşərgəsində iştirak etdilər. Düşərgədə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru, fəlsəfə doktoru Xosrov Musayev ekologiyanın qorunması mövzusunda interaktiv təlim keçdi. Ardınca, Bərdə Su Ehtiyatları Agentliyinin ekoloji nəzarətçisi, beynəlxalq layihələr üzrə təlimçi Mikayıllı Tural tərəfindən layihə yazılışı mövzusunda təlim keçirildi. Təlimdən sonra əyləncəli-öyrədici oyunlar oynanıldı. Təbiət gəzintisi və idman oyunlarından sonra şagirdlər keçdikləri təlimlər haqqında təqdimatlar hazırladılar. Daha sonra "Təbiət sizin obyektivinizdə" adlı foto müsabiqə keçirildi və qaliblər sertifikatla mükafatlandırıldı. Düşərgə "trashtag" aksiyası ilə yekunlaşdı.

@Bütün hüquqlar qorunur - 2023.