info@peshesinifleri.edu.az

57576587576

“İlkin bacarıqlardan davamlı inkişafa” Peşə təmayüllü siniflərin hesabat görüşü baş tutacaq.

“Peşə təmayüllü siniflərin təşkili” layihəsi hesabat tədbiri keçirməyi planlaşdırır. Tədbirin keçirilməsində məqsəd layihənin pilot olaraq fəaliyyət göstərdiyi 2019-2020, 2020-2021, 2021-2022-ci tədris illəri ərzində fəaliyyətinin yekunlarına dair məlumatı ictimaiyyətə təqdim etmək, əldə edilən uğurları bölüşmək, gələcəkdə nəzərdə tutulan fəaliyyətlərdən bəhs etməkdir. Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və ona tabe qurumların rəsmiləri, peşə təmayüllü siniflərin əməkdaşları, məktəb direktorları, valideynlər və şagirdlərin iştirakı nəzərdə tutulub. Saat 09:00-da baş tutması planlaşdırılan tədbir peşə təmayüllü sinif şagirdlərinin hazırladığı əl işləri stendlərinə baxışla başlayacaq, daha sonra tədbirin rəsmi hissəsi baş tutacaqdır. Tədbirin əsas hissəsini təşkil edən rəsmi hissə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin rəsmilərinin çıxışı ilə başlayacaq. Sonra isə “Peşə təmayüllü siniflər”-in 3 illik fəaliyyətə dair geniş hesabat təqdimatı, panel müzakirə və hesabat filminin izlənməsi nəzərdə tutulmuşdur. Daha sonrakı hissədə layihədə təltif etmə, şagird və valideyn çıxışları olacaqdır. Tədbirin saat 12:30-də bağlanış hissəsi ilə yekunlaşması nəzərdə tutulub. Tədbir 18 dekabr tarixində Bakı şəhəri, Four Seasons Baku Hotel-də Sedah zalında keçiriləcəkdir. Tədbirdə ümumi olaraq 150 nəfərin iştirakı planlaşdırılmışdır. Peşə təmayüllü siniflər haqqında qısa məlumat: “Peşə təmayüllü siniflər” 2019-2020-ci tədris ilindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyilə fəaliyyət göstərir. Ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaradan peşə təmayüllü siniflərin sayı 196 məktəbdə 3500-dən çox şagirdi əhatə edir. Ölkə prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”-na əsasən 2026-cı ilə qədər ümumi təhsildə peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin xüsusi çəkisinin 15%-ə çatması planlaşdırılıb.

@Bütün hüquqlar qorunur - 2023.