info@peshesinifleri.edu.az

57576587576

“Peşə təmayüllü siniflər” 2024-2025-ci tədris ili üçün “Qrup rəhbəri” vəzifəsinə işçi qəbulunu elan edir!

“Peşə təmayüllü siniflər” 2024-2025-ci tədris ili üçün “Qrup rəhbəri” vəzifəsinə işçi qəbulunu elan edir! Tələblər: * Ali təhsil; * Cinsi - kişi/qadın; * Minimum iki il iş təcrübəsi; * Azərbaycan dilində səlis danışıq qabiliyyəti; * Ofis proqramları və sosial şəbəkələrdə işləmə bacarığı; * Layihə idarə olunmasında təcrübə; * Ünsiyyət bacarığı; * Kollektiv ilə işləmə bacarığı. Öhdəliklər: * Layihənin icrası zamanı məktəblə mərkəz arasında əlaqənin yaradılması; * Sinif kollektivi ilə sistemli işin təşkili; * Layihə dərslərini keçən müəllimlərin işinin əlaqələndirilməsi; * Şagirdlərin digər bacarıqlarına uyğun ideyaların həyata keçirilməsinə dəstək; * Əsas səriştələr üzrə tədrisin keçirilməsi; * Təhsilin icrasının təşkil edilməsi; * Məzunların ixtisaslarına uyğun əmək bazarına yönləndirilməsi; * Hesablatların hazırlanması; * Layihə əməkdaşlarının layihə çərçivəsində tapşırdığı işlərin vaxtında və tam icra edilməsi. İşə müraciət üçün Facebook səhifəmizdə paylaşılan vakansiya postunun mətn hissəsində qeyd edilən linkə daxil olaraq, yaşadığınız bölgəyə yaxın məktəbi seçməklə anketi doldurmaq lazımdır - https://forms.gle/LYWMbcKoZfKooDeF7 📌Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq. Bütün mərhələləri uğurla başa vurmuş namizədlər 2024-cü ilin sentyabr ayından fəaliyyətə başlayacaq.

@Bütün hüquqlar qorunur - 2023.