info@peshesinifleri.edu.az

57576587576

"Peşə təmayüllü siniflər" layihəsinin əməkdaşları Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 234 nömrəli tam orta məktəbin “Son zəng” tədbirində iştirak edib

İyunun 14-də "Peşə təmayüllü siniflər" layihəsinin əməkdaşları layihənin fəaliyyət göstərdiyi Bakı şəhəri, Buzovna qəsəbəsində yerləşən 234 nömrəli tam orta məktəbin “Son zəng” tədbirində iştirak edib. Məktəb həyətində keçirilən “Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən "Peşə təmayüllü siniflər"in layihə rəhbəri Elşən Ədalətli çıxış edərək, məzunlara öz səmimi arzularını çatdırmış, onlara olan etimadı hər zaman doğrultmağı tövsiyyə etmişdir. Tədbirin davamında məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib. Həmçinin, dərs ilini müvəffəqiyyətlə bitirmiş şagirdlər layihənin əməkdaşları tərəfindən təltif edilmişdir. Qeyd edək ki, 2023-2024-cü tədris ilində Peşə təmayüllü siniflərdə 4296 şagird təhsil alıb, 630 şagird bu gün məzun olmuşdur.

@Bütün hüquqlar qorunur - 2023.