info@peshesinifleri.edu.az

57576587576

Peşə təmayüllü siniflərdə fəaliyyət göstərən 10 qrup rəhbəri “Karyera rəhbərliyi üzrə master təlimçilər üçün bilik və bacarıqların artırılması” proqramında iştirak ediblər.

26 fevral-1 mart tarixlərində Peşə təmayüllü siniflərdə fəaliyyət göstərən 10 qrup rəhbəri “Azərbaycanda təhsil sisteminin dayanıqlılığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində “Karyera rəhbərliyi üzrə master təlimçilər üçün bilik və bacarıqların artırılması” proqramında iştirak ediblər. Təlimlərin keçirilməsində əsas məqsəd ölkədə karyera bələdçiliyinin təkmilləşdirilməsinə dair dəstək mexanizmlərinin həyata keçirilməsi və şagirdlərə effektiv karyera rəhbərliyi yollarını öyrətməklə onların təhsil həyatından iş dünyasına səmərəli keçidini təmin etməkdir. Təlim boyunca iştirakçılar interaktiv təlim metodları, oyunlar, qrup işləri və qarşılıqlı öyrənmə çərçivəsində ilkin praktiki səriştələr əldə edərək özünüdərketmə və karyera seçimində daha əhatəli qərar vermək barədə də biliklər toplayıblar.

@Bütün hüquqlar qorunur - 2023.