info@peshesinifleri.edu.az

57576587576

“Peşə təmayüllü siniflər”də ixtisas müəllimi olmaq istəyənlər üçün müsabiqənin test imtahanı mərhələsinə start verilir

6 avqust 2024-cü il saat 11:00-da “Peşə təmayüllü siniflər”də ixtisas müəllimi olmaq istəyənlər üçün müsabiqənin test imtahanı keçiriləcək.

Belə ki, 2024-2025-ci tədris ili üçün “Peşə təmayüllü siniflər”də ixtisas müəllimi olmaq istəyən 4000 nəfərdən çox şəxsin müraciəti qeydə alınıb. Tələblərə uyğun 1873 namizədin ikinci mərhələdə iştirakı təsdiq edilib.

Bu barədə namizədlərə “SMS” vasitəsilə məlumat veriləcək.

İmtahan müvafiq peşə ixtisas modulları üzrə 40 sual, tədris metodologiyası və təlim strategiyaları üzrə 20 sualdan ibarət olacaq. İmtahanlardan uğurla keçənlər müsahibəyə dəvət ediləcək və ən yüksək nəticə toplamış namizədlər əməkdaşlığa cəlb olunacaq.

Qeyd edək ki, peşə təmayüllü siniflərdə yeni açılacaq 4 pilot peşə də daxil olmaqla 16 peşə ixtisası üzrə 462 vakant yerə 4000 nəfərdən çox şəxs müraciət edib. Müsabiqənin ilk mərhələsi iyulun 29-da yekunlaşıb.

@Bütün hüquqlar qorunur - 2023.