info@peshesinifleri.edu.az

57576587576

Şagirdlərimizin növbəti uğuru

İyulun 17-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Peşə təmayüllü siniflərin Aşpaz köməkçisi və Dərzi köməkçisi ixtisasları üzrə təhsil alan şagirdləri üçün keçirilmiş yarışın zona mərhələsinin qalibləri ilə görüş keçirilmişdir. Aşpaz köməkçisi ixtisası üzrə 🥇Şabran S.Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin PTS şagirdləri 1-ci yerə , 🥈Qusar Urva kənd tam orta məktəbin PTS şagirdləri 2-ci yerə, 🥉Xaçmaz rayon Ş.Sədiyev adına Qımılqışlaq kənd tam orta məktəbin PTS şagirdləri isə 3-cü yerə layiq görülmüşdür. Dərzi köməkçisi ixtisası üzrə isə 🥇Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin PTS şagirdləri 1 ci yerə, 🥈Quba rayon R.Məmmədov adına Alevsevka kənd tam orta məktəbin PTS şagirdləri 2-ci yerə, 🥉Qusar rayonu Professor Kərim Kərimov adına Hil kənd tam orta məktəbin PTS şagirdləri isə 3-cü yerə layiq görülmüşdür. Qalib komandalara fəxri fərman və hədiyyələr təqdim edilmişdir.

@Bütün hüquqlar qorunur - 2023.