info@peshesinifleri.edu.az

57576587576

“Təbiət bizik” düşərgələrimiz davam edir

Növbəti düşərgəmiz Abşeron-Xızı Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən peşə təmayüllü siniflərin şagirdləri ilə Xızı rayonu, Altıağac Milli Parkında təşkil olunub. Düşərgənin açılış və tanışlıq hissəsindən sonra milli parkının direktor müavini Orxan Əzimov ərazinin flora və faunası haqqında, həmçinin ekologiyada insanların rolu haqqında ətraflı məlumatlar verib. Düşərgənin davamında şagirdlər üçün əyləncəli-öyrədici oyunlar təşkil edilib. Sonra “Təbiət sizin obyektivinizdə” adlı foto müsabiqə keçirilib. Müsabiqələrdə qalib gəlmiş şagirdlərimiz hədiyyə və sertifikatla təltif ediliblər. Ən sonda şagirdlərimiz “trashtag” aksiyası həyata keçirərək düşərgəni yekunlaşdırıblar. Qeyd edək ki, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Peşə təmayüllü siniflər tərəfindən təşkil edilən “Təbiət bizik” sosial-ekoloji düşərgəsi digər regionlarda da davam edəcək.

@Bütün hüquqlar qorunur - 2023.