info@peshesinifleri.edu.az

57576587576

"Təbiət bizik" sosial-ekoloji düşərgəsinə start verilib

2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Peşə təmayüllü siniflər tərəfindən artıq ənənə halına çevrilən "Təbiət bizik" sosial-ekoloji düşərgəsinə start verilmişdir. Düşərgə ilk olaraq Bakı şəhər təhsil idarəsinin nəzdində fəaliyyət göstərən peşə təmayüllü siniflərin şagirdləri ilə Xızı rayonu, Altıağac Milli Parkında təşkil olunmuşdur. Düşərgələrin təşkil edilməsində məqsəd şagirdlər arasında ictimai məsuliyyət yaratmaq, onları peşə siniflərində öyrəndikləri bacarıqları sosial istiqamətdə tətbiqinə təşviq etmək və dövlətimizin ekoloji siyasətinə dəstək verməkdir. Düşərgədə şagirdlər üçün "Nature" kvest oyunu keçirilmiş daha sonra onlar təlimçi və mühəndis-ekoloq Faiq Nağıyevin "İqlim dəyişikliyi" mövzusunda interaktiv təliminə cəlb edilmişlər. Təbiət gəzintisi və idman oyunlarının ardından ekoloji layihələrin yazılması ilə bağlı qısa təlim-müsabiqə təşkil olunmuşdur. Daha sonra "Təbiət sizin obyektivinizdə" adlı foto müsabiqə keçirilmişdir. Müsabiqələrdə qalib gəlmiş şagirdlərimiz hədiyyə və sertifikatla təltif edilmişdir. Düşərgədə Altıağac Milli Parkının direktor müavini Orxan Əzimov ərazinin flora və faunası haqqında, həmçinin ekologiya mövzusunda insanların rolu mövzusunda şagirdlərə ətraflı məlumat verərək təbiəti qorumağın vacibliyindən danışmışdır. Ən sonda şagirdlərimiz "trashtag" aksiyası həyata keçirərək Altıağac Milli Parkının dəstəyilə həyata keçirilən düşərgəni yekunlaşdırmışdır.

@Bütün hüquqlar qorunur - 2023.