20 May 2023-cü il tarixində Astara rayonu dənizkənarı park-bulvar kompleksində ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təhsil festivalı keçirilib. Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayev, nazirliyin əməkdaşları, millət vəkilləri, rektorlar, rayon rəhbəri, nüfuzlu qonaqlar və 10000-ə yaxın ziyarətçi təhsil festivalında hazırlanan stendlərlə tanış olublar. Festivalda Astara-Lənkəran rayonlarında fəaliyyət göstərən peşə təmayüllü siniflərdə təhsil alan şagirdlərin tədris ili ərzində hazırladıqları və kulinariyaya aid əl işlərindən ibarət stendlər ziyarətçilərə nümayiş etdirilib.
@Bütün hüquqlar qorunur - 2023.