Xaçmaz şəhəri Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumi təhsil məktəbinin inklüziv siniflərində təhsil alan şagirdlər məktəbin peşə təmayüllü sinfinin qənnadçı köməkçisi qrupunun qonağı olublar.
Şagirdlər qrup üzvləri ilə şirniyyat hazırlayıb, çay süfrəsinin qurulmasında onlara kömək ediblər. Dərzi köməkçilərinin tikdiyi mətbəx önlükləri şagirdlərə hədiyyə edilib.
Fəaliyyətin təşkilində əsas məqsəd İnkuliziv sinifində təhsil alan şagirdlərin sosiallaşması və cəmiyyətə uğurlu inteqrasiyasına dəstək olmaq, onlarda özlərinə inam hissinin formalaşdırılmasıdır.
@Bütün hüquqlar qorunur - 2023.