“Peşə təmayüllü siniflərin təşkili” layihəsi növbəti 2023-2024-cü tədris ilindən 114 yeni məktəbdə fəaliyyətə başlamaqla əhatə dairəsini daha da genişləndirəcək. Beləliklə, ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaradan peşə təmayüllü siniflərin sayı 230-a çatmaqla 194 məktəbdə 3500-dən çox şagirdi əhatə edəcək. Aşağıdakı linkə daxil olaraq yeni məktəblərin siyahısı ilə tanış ola bilərsiniz: https://drive.google.com/file/d/1vXIR4-xxJOpBpUe41YMtlTQjJPtR_72M/view?fbclid=IwAR3-I8dHJ9DwYKXv5yZ4JzeneB9lk61SnlNEhUIlYEZRcFI9ySA-Lo38MGE
@Bütün hüquqlar qorunur - 2023.