peshesinifleri@arti.edu.az

“Peşə sinfimizdən 1 foto” adlı müsabiqə

Peşə təmayüllü siniflər “Peşə sinfimizdən 1 foto” adlı müsabiqə elan edir!

Müsabiqənin məqsədi tələbələrin yaradıcılıq bacarıqlarının üzə çıxarılması, bu istiqamətdə praktiki biliklərinin inkişaf etdirilməsi, eləcə də ən uğurlu işlərin seçilərək təqdim olunmasıdır.

📎Texniki tələblər (Foto):

• Format: JPG / PNG

• Keyfiyyət: aydın və bulanıqsız

📩 İştirak qaydası:

• Müsabiqədə peşə siniflərində təhsil alan bütün şagirdlərimiz iştirak edə bilər.

• Müəllifin təhsil aldığı peşə sinfində çəkilmiş bir foto materialı aşağıdakı məlumatlarla birlikdə Facebook-da müsabiqə postunun şərh bölməsinə əlavə etməyi iştirak üçün kifayətdir:

“Məktəb: ___ | Sinif: ___ | Ad, soyad: ___”

• Ən çox bəyənmə toplayan şərh qalib hesab olunacaq.

📅 Son müraciət tarixi:

16.02.2026

Bütün iştirakçılara uğurlar arzu edirik!🍀

@Bütün hüquqlar qorunur - 2023.