info@peshesinifleri.edu.az 051 206 82 48

Peşə təmayüllü siniflər arasında yarış keçirilib

Mayın 24-də Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Peşə təmayüllü siniflərin Aşpaz köməkçisi və Dərzi köməkçisi ixtisasları üzrə təhsil alan şagirdləri üçün yarışın zona mərhələsi keçirilmişdir. Aşpaz köməkçisi ixtisası üzrə yarışa qatılan 8 məktəb komandasından 1-ci yerə Şabran şəhəri Samir Zülfuqarov adına 3 nömrəli tam orta məktəbin, 2-ci yerə Qusar rayonu Urva kənd tam orta məktəbin, 3-cü yerə isə Xaçmaz rayonu Qımılqışlaq kənd Şəmsəddin Sədiyev adına tam orta məktəbin Peşə təmayüllü siniflərinin şagirdləri layiq görülmüşdür. Dərzi köməkçisi ixtisası üzrə yarışa qatılan 4 məktəb komandasından 1-ci yerə Xaçmaz şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbin, 2-ci yerə Quba rayonu Alekseyevka kənd Rəhman Məmmədov adına tam orta məktəbin, 3-cu yerə isə Qusar rayonu Hil kənd Professor Kərim Kərimov adına tam orta məktəbin Peşə təmayüllü siniflərinin şagirdləri layiq görülmüşdür. Yarışın keçirilməsində məqsəd şagirdlərin dərs prosesində əldə etdikləri bilik və bacarıqların praktik tətbiq olunmasıdır. Mənbə: Quba-Xaçmaz Regional Təhsil İdarəsi

@Bütün hüquqlar qorunur - 2023.