Şəkidə “Xəmsə” milli intellektual oyunu keçirilib. Aprelin 24-də Şəki şəhər Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Peşə təmayüllü siniflərin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci il dönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Şəki şəhəri, Heydər Əliyev Mərkəzində peşə təmayüllü siniflərin şagirdləri arasında “Xəmsə” milli intellektual oyunu və əl işlərindən ibarət sərgi təşkil olunub. İntellektual oyunda peşə təmayüllü siniflər və peşə məktəbindən ümumi olaraq 8 komanda iştirak edib. İlkin olaraq “A” qrupu üzrə Şəki şəhər 12 nömrəli məktəbin “Smart” komandası, Qoxmuq kənd tam orta məktəbin “Zəfər” komandası, Baş Zəyzid tam orta məktəbin “İgidlər” komandası və Şəki Dövlət Peşə Təhsil Mərkəzinin “Peşəkar” komandası mübarizə aparıb. Oyunun nəticəsinə əsasən Baş Zəyzid və 12 nömrəli məktəbin komandaları “A” qrupunda müvafiq olaraq 1 və 2-ci yeri tutaraq finala vəsiqə qazanıb. “B” qrupu üzrə isə 17 nömrəli tam orta məktəbin “Best of 17” komandası, Kiş kənd 1 saylı tam orta məktəbin “Zəkalar” komandası, Baltalı kənd tam orta məktəbin “Çinar” komandası və Cumakənd kənd məktəbinin “Everest” komandası mübarizə aparıb. “B” qrupunun nəticələrinə əsasən 17 nömrəli məktəb və Baltalı kənd orta məktəbi finala vəsiqə qazanıb. Sonda final oyunun nəticəsinə əsasən isə Baş Zəyzid kənd tam orta məktəbinin “İgidlər” komandası intellektual oyunun qalibi olub. Həmçinin Şəki şəhər 17 nömrəli məktəbin “Best of 17” komandası ikinci, 12 nömrəli məktəbin “Smart” komandası isə üçüncü yerin sahibi olub. Qalib komandalar diplom və medallarla mükafatlandırılıblar.
@Bütün hüquqlar qorunur - 2023.