info@peshesinifleri.edu.az 051 206 82 48

Peşə təmayüllü siniflərdə Novruz bayramı münasibətilə sərgi-satış yarmarkaları təşkil edilib

Azərbaycan Respublikası Elm və Təshil Nazirliyinin dəstəyilə fəaliyyət göstərən Peşə təmayüllü siniflər ənənəyə sadiq qalaraq cari tədris ilində də Novruz bayramı münasibətilə sərgi-satış yarmarkaları təşkil edib. Respublika üzrə bütün Regional Təhsil İdarələrini əhatə edən sərgi-satış yarmarkalarında 1000-dən çox şagird öz əl işlərindən ibarət işlərlərlə tədbirdə həvəslə iştirak ediblər. Sərgi-satış yarmarkalarının keçirilməsində məqsəd şagirdlərin mənimsədikləri ilkin peşə bacarıqlarını nümayiş etdirmələrinə şərait yaratmaq, onlar arasında sağlam rəqabət hissini, sağlam mühiti formalaşdırmaq, ətraf mühitə fəal inteqrasiyanı təmin etmək, təhsilalanlara ilkin sahibkarlıq bacarıqları aşılamaq olub. Tədbirlərdə Regional Təhsil İdarələrinin nümayəndələri, İcra hakimiyyəti nümayəndələri, müəllimlər, valideynlər, şagirdlər iştirak ediblər.

@Bütün hüquqlar qorunur - 2023.