info@peshesinifleri.edu.az 051 206 82 48

Peşə təmayüllü siniflərın yaradıcılıq festivalı keçirilib

Mayın 29-da Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində Peşə təmayüllü siniflər layihəsi tədris edilən məktəblərin iştirakı ilə yaradıcılıq festivalı keçirilib. Festivalda Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Sumqayıt şəhər İcra Hakimiyyətininin müavini Teymur Səmədov, müdir müavinləri Ramin Abasov və Aydın Rəhimov, İdarənin struktur bölmə rəhbərləri, Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin rəhbərləri, müəllim və şagird kollektivi iştirak ediblər. Festival çərçivəsində iştirakçılar müxtəlif mövzularda yaradılmış əl işləri və məhsulları ilə tanış olublar. Bu stendlərdə şagirdlər öz layihələrini, innovativ ideyalarını və yaradıcı işlərini nümayiş etdiriblər. Festivalın təşkilində məqsəd peşə sinifləri fəaliyyət göstərən məktəblərdə təhsil alan şagirdlərin bilik və bacarıqlarının nümayiş etdirilməsi, qiymətləndirilməsidir. Festival çərçivəsində müsabiqə və sərgi-satış keçirilib. Müsabiqədə 7, sərgi-satışda isə 4 peşə təmayüllü sinif olan məktəblərimiz iştirak ediblər. Müsabiqədə birinci yeri Sumqayıt şəhəri 41 nömrəli, 2-ci yeri Abşeron rayonu Mehdiabad qəsəbə 5 nömrəli, 3-cü yeri isə Abşeron rayonu Q.Xaliqov adına Qobu qəsəbə 1 nömrəli tam orta məktəblər tutaraq, sertifikat və müxtəlif hədiyyələrlə, digər məktəblər isə “Fəal iştirakına görə” sertifikatları ilə mükafatlandırılıb. Festivalın bədii hissəsində şagirdlərin ifasında təqdim olunan konsert proqramı maraqla qarşılanıb. Qeyd edək ki, festivalda keçirilən sərgi satışdan əldə olunan gəlir ağac və gül kollarının əkilməsi üçün istifadə ediləcəkdir. Mənbə: sumgayit.edu.gov.az

@Bütün hüquqlar qorunur - 2023.