“Təbiət bizik” layihəmizin növbəti düşərgəsi Mil-Muğan Regional Təhsil idarəsinin nəzdində fəaliyyət göstərən peşə təmayüllü siniflərin şagirdləri ilə Sabirabad rayonu, Suqovuşan ərazisində təşkil olunub. Düşərgədə şagirdlər ilk olaraq təlimçi Ravin Atakişiyevin "İqlim dəyişikliyi" mövzusunda interaktiv təlimininə cəlb ediliblər. Təbiət gəzintisi və idman oyunlarının ardından ekoloji layihələrin yazılması ilə bağlı qısa təlim-müsabiqə təşkil olunub. Daha sonra ənənəvi "Təbiət sizin obyektivinizdə" adlı foto müsabiqəmiz keçirilmişdir. Müsabiqələrdə qalib gəlmiş şagirdlərimiz hədiyyə və sertifikatla təltif edilmişdir. Düşərgədə Peşə təmayüllü siniflərin rəhbər heyəti ərazinin flora və faunası haqqında şagirdlərə ətraflı məlumatlar verib, onların gələcək fəaliyyətlərində uğurlar arzu edib. Düşərgənin sonunda şagirdlərimiz "trashtag" aksiyası həyata keçirərək düşərgəni yekunlaşdırıblar. Qeyd edək ki, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Peşə təmayüllü siniflər tərəfindən təşkil edilən “Təbiət bizik” sosial-ekoloji düşərgəsi digər regionlarda da davam edir. Düşərgələrin təşkil edilməsində məqsəd şagirdlər arasında ictimai məsuliyyət yaratmaq, onları peşə siniflərində öyrəndikləri bacarıqları sosial istiqamətdə tətbiqinə təşviq etmək və dövlətimizin ekoloji siyasətinə dəstək verməkdir.
@Bütün hüquqlar qorunur - 2023.