Astara-Lənkəran Regional Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Peşə təmayüllü siniflərin şagirdləri ilə Lənkəran rayonunda Xanbulan ərazisində sonuncu "Təbiət-bizik " sosial-ekoloji düşərgəsi baş tutmuşdur. İlk olaraq, tanışlıq oyunu və "Ekstrimal şəraitdə sağ qalmaq" mövzusunda interaktiv təlim təşkil olundu, daha sonra, şagirdlər komanda şəklində ekoloji layihələr hazırlayıb, müzakirələr apardılar. Düşərgə boyunca əyləncəli-öyrədici oyunlar və "Təbiət sizin obyektivinizdə" adlı foto müsabiqə keçirilmişdir. Qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılmışdır.
@Bütün hüquqlar qorunur - 2023.