Peşə təmayüllü siniflərdə təhsil alan, şagirdlər üçün foto müsabiqə elan edirik!
Bu müsabiqədə məqsəd, şagirdlərin təbiət və ətraf mühitin qorunması, təmizliyi və yaxşılaşdırılması istiqamətindəki dəyişiklikləri göstərməsidir. Şagirdlər ərazilərin “Əvvəl” və “Sonra” vəziyyətlərini foto vasitəsilə təqdim edərək təbiətə edilən müsbət dəyişiklikləri vurğulamalıdırlar. Bu, həm kiçik, həm də böyük dəyişiklikləri əhatə edə bilər: təmizlənmiş bir sahə, təkrar emal olunmuş materiallarla bəzədilmiş bir yer, yeni əkilmiş ağaclar və ya yaşıllaşdırılmış ərazilər.
Şərtlər isə çox sadədir:
1. Şagirdlər müəyyən bir ərazinin “Əvvəl” və “Sonra” vəziyyətlərini əks etdirən iki foto çəkməlidir. “Əvvəl” fotosunda ərazinin əvvəlki vəziyyəti göstərilməlidir. “Sonra” fotosunda isə görülən dəyişikliklərdən sonra ərazinin yeni görüntüsü olmalıdır.
2. Müsabiqəyə təqdim olunan fotolar qısa və izahedici mətnlə birlikdə paylaşılmalıdır.
3. Müsabiqədə bütün peşə sinifləri qrup şəklində ayrı-ayrılıqda iştirak edə bilər.
4. Fotolar məktəbin adı, şagirdlərin oxuduğu ixtisas əlavə edilməklə 14.11.2024 tarixinədək JPG formatda postun şərh bölməsinə əlavə edilməlidir.
Qeyd edək ki, ilk 3 yerin qalibinə sertifikat təqdim ediləcək. Qaliblər layihə tərəfindən ən yaxşı fəaliyyətə görə seçiləcək.
Hər kəsə uğurlar! 
@Bütün hüquqlar qorunur - 2023.