info@peshesinifleri.edu.az 051 206 82 48

"Yaşıl dünya naminə" dizayn müsabiqəsi keçirilib

İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Belə ki, Peşə təmayüllü siniflərdə təhsil alan şagirdlər arasında da istedadına güvənən şagirdlər üçün “Yaşıl dünya naminə” dizayn müsabiqəsi elan edilib. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərdə "yaşıl dünya" mövzusuna diqqət çəkmək, şagirdləri təhsil aldıqları peşə ixtisaslarına (qrafik dizayn) uyğun işlərin hazırlanmasına təşviq etmək, onları həvəsləndirmək olub. 18 gün davam edən müsabiqədə mövzuya uyğun 3 ən yaxşı dizaynı təqdim edən şagirdlər qalib elan ediliblər. Müsabiqədə 1-ci yerə Nəsimi rayonu Yusif Mirzəyev adına 44 nömrəli tam orta məktəbin peşə təmayüllü sinif şagirdri Əzizova Gülxanım, 2-ci yerə Beyləqan şəhər 2 saylı məktəbin peşə təmayüllü sinif şagirdi Qasımova Rəvanə, 3-cü yerə isə Qaradağ rayonu F.Rəfiyev adına 166 saylı tam orta məktəbin peşə təmayüllü sinif şagirdi Nuray Əsədullayeva layiq görülüb. Müsabiqədə iştirak edən şagirdlər qalibiyyət və iştirak sertifikatı əldə ediblər.

@Bütün hüquqlar qorunur - 2023.