peshesinifleri@arti.edu.az

Yeni tədris ilinə yeni bilik və bacarıqlarla!

Peşə təmayüllü siniflərdə təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmə və pedaqoji səriştələrin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 10,11 sentyabr tarixlərində qrup rəhbərləri üçün təlimlər keçirilib. Təlimlərdə ümumilikdə 81 qrup rəhbəri iştirak edib.

İnteraktiv sessiyalar zamanı iştirakçılar korporativ mədəniyyət, işgüzar kommunikasiya, rəqəmsal sənədləşmə, dərsin planlaşdırılması və obyektiv qiymətləndirmə mövzularında biliklərini təkmilləşdirib, praktiki tapşırıqlar vasitəsilə öyrəndiklərini tətbiq ediblər.

Təlimlər qrup rəhbərlərinin yeni tədris ilinə daha hazırlıqlı başlamasına və peşəkar səriştələrinin inkişafına dəstək olub.

@Bütün hüquqlar qorunur - 2023.